Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dəvəçi rayonunun Sincanboyad kəndində yol-nəqliyyat hadisəsi

13.09.2007

Saat 10.30 radələrində Dəvəçi rayonunun Sincanboyad kəndində Xaçmaz şəhər sakini Ramiz İmanverdiyevin idarə etdiyi "Qazel" markalı və Sumqayıt şəhər sakini Sadiq Əzizovun idarə etdiyi "Kamaz" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər iki sürücü, R.İmanverdiyevin sərnişini, Xaçmaz şəhər sakini Tərlan Ələkbərov xəstəxanaya yerləşdirilmişlər. R.İmanverdiyev orada ölmüşdür. Dəvəçi RPŞ tərəfindən araşdırmalar aparılır.