Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xanlar rayonununda yol-nəqliyyat hadisəsi

12.09.2007

Saat 18.00 radələrində Xanlar rayonunun Üçtəpə kənd sakini Cəlil Məmmədovun idarə etdiyi "UAZ" markalı və Dozular kənd sakini Viləddim Zeynalovun idarə etdiyi "QAZ-21" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə C.Məmmədovun xəsarət almış sərnişinləri, Gəncə şəhər sakini Natiq Orucov, Qırıxlı kənd sakinləri Ayaz Alyarov və Asif Rüstəmov, habelə V.Zeynalov və onun sərnişinləri, Dozular kənd sakinləri Qoşqar Bayramov, Rövşən Abbasov və onun nəvələri Rövşən və Ayxan xəstəxanaya yerləşdirilmişlər. Xanlar RPŞ tərəfindən araşdırmalar aparılır.