Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Firuz və Firuzə Mustafayevləri qətlə yetirmiş Turan Məmmədov tutulmuşdur

13.07.2005

DİN Baş Cinayət-Axtarış İdarəsi, Respublika Baş Prokurorluğu və Göyçay RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində, iyulun 10-da rayon sakinləri Firuz və Firuzə Mustafayevləri qətlə yetirmiş qonşusu Turan Məmmədov tutulmuşdur. T.Məmmədovdan evdən tamah məqsədilə götürdüyü 450 min manat pul və qətl zamanı istifadə etdiyi 1 ədəd bel və 2 ədəd bıçaq götürülmüşdür. Faktla əlaqədar cinayət işi başlanmışdır.