Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

12.09.2007

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabirabad rayon sakini Müşfiq Məmmədov 14,05 qram marixuananı satarkən tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Səbail RPİ əməkdaşları Badamdar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rauf Mahmudovdan 0,212 qram heroin, Nəsimi RPİ 20-ci PB əməkdaşları Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elsevər Quliyevdən 300,057 qram tiryək, Nizami RPİ 24-cü PB əməkdaşları Bakı şəhər sakini Cahan Xudabaxşıyevdən 0,214 qram heroin, Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini Ədalət Quliyevdən 0,257 qram heroin, Qaradağ RPİ 38-ci PB əməkdaşları Sahil qəsəbə sakini, əvvəllər məhkum olunmuş Samir Səlimovdan 0,229 qram heroin və 1,92 qram həşiş, Astara RPŞ əməkdaşları Türkiyə vətəndaşı Yaşar Takdemirdən 0,59 qram tiryək götürmüşlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gədəbəy RPŞ əməkdaşları Dəyəqarabulaq kəndindən 0,2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 1985 kiloqram olan 4358 ədəd çətənə kollarını yığaraq məhv etmişlər.