Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşgar edilərək götürülmüşdür

11.09.2007

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ravil Paşayevdən 200 qram marixuana götürülmüşdür. R.Paşayevə narkotik vasitəni satmış Yevlax rayon sakini Fariz Hacıyevin 3 sot həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 9 kiloqram olan 10 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. F.Hacıyev tutulmuşdur. Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Mahir Hüseynovun 5 sot həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 4 kiloqram olan 16 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. M.Hüseynovun evinə baxış zamanı 100 qram marixuana götürülmüşdür.