Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yevlax rayonunun Aran qəsəbəsində yol-nəqliyyat hadisəsi zamanı 7 nəfər ölmüşdür

10.09.2007

Saat 08.00 radələrində Yevlax rayonunun Aran qəsəbəsində Mingəçevir şəhər sakini Rövşən Dadaşovun idarə etdiyi "Qazel" markalı və Bakı şəhər sakini Ramin Qocayevin idarə etdiyi "Ford-Tranzit" markalı mikroavtobuslar toqquşmuşlar. Nəticədə hər 2 sürücü və R.Dadaşovun sərnişinləri, Mingəçevir şəhər sakinləri Zərbəli Həsənov, İsmət İsmayılov, Natiq Paşayev, Dilarə Əliyeva, Bəhruz İbrahimov hadisə yerində ölmüş, xəsarət almış 8 sərnişin isə xəstəxanaya yerləşdirilmişlər. Yevlax RPŞ tərəfindən araşdırmalar aparılır.

10.09.2007 tarixinə olan kriminal məlumatlar