Dələduzluq etmiş Lənkəran şəhər sakinləri Fərhad Tağıyev və Rəfael Rzayev tutulmuşlar
07.09.2007Sentyabrın 4-də Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Fərhad Tağıyev və Rəfael Rzayev Masallı rayon sakinləri Xalıq İbrahimova və Ceyhun Nuriyevə məxsus mağazalara gəlib, onları danışıq kartlarını almaq adı ilə aldatmaqla müvafiq olaraq 110 və 70 manat dəyərində danışıq kartlarını istifadə olunmuş kartlarla dəyişərək getmişlər. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Tağıyevin və R.Rzayevin sentyabrın 3-də Cəlilabad rayon sakinləri Fərman Niftəliyev və Vüsal Ağayevi də həmin üsulla aldatmaları və müvafiq olaraq 70 və 30 manat dəyərində danışıq kartlarını alıb getmələri müəyyən edilmişdir. F.Tağıyev və R.Rzayev tutulmuşlar.