Gün ərzində 86 cinayət faktı qeydə alınmışdır
07.09.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 86 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 5 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 56 nəfər tutulmuşdur.