Akkumulyator oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini İlqar İmambaxışov tutulmuşdur
07.09.2016Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da şəhər sakini Cavid Hüseynova məxsus “ZİL” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş İlqar İmambaxışov tutulmuşdur.