Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay rayonunun Mallı-Şıxlı kəndində yaşayan Atəş Həşimovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir

07.09.2016

Sentyabrın 7-də saat 05 radələrində Göyçay rayonunun Mallı-Şıxlı kəndində yaşayan Atəş Həşimovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, habelə yanıq xəsarətləri almış A.Həşimov, arvadı Kəmalə, qızı Səbinə və oğlu Samir xəstəxanaya yerləşdirilmiş, Kəmalə orada ölmüşdür.