İdarə etdiyi avtomaşınla Zərdab rayon sakini Niyaməddin İsmayılovu vurub qaçmış Bakı şəhər sakini Elbrus Xəlilov tutulmuşdur
05.09.2007Saat 22.15 radələrində Zərdab rayonunun Gəlmə kəndində müəyyən olunmamış avtomaşınla kənd sakini Niyaməddin İsmayılov vurulmuşdur. Nəticədə N.İsmayılova ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni idarə etdiyi "Qazel" markalı avtomaşınla törətmiş Bakı şəhər sakini Elbrus Xəlilov tutulmuşdur. Zərdab RPŞ tərəfindən araşdırmalar apırılır.