Lənkəran rayonunun Şəhidlər Xiyabanı küçəsində yol-nəqliyyat hadisəsi
05.09.2007Sentyabrın 6-da saat 00.30 radələrində Lənkəran rayonunun Şəhidlər Xiyabanı küçəsində Vaqif Həşimov "QAZ-24" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə V.Həşimov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Cəlilabad rayon sakini Xatirə Həşimova, Masallı rayon sakinləri Məlahət Manafova və Maisə Manafova xəstəxanaya yerləşdirilmişlər. Lənkəran ŞRPŞ tərəfindən araşdırmalar aparılır.