DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi

04.09.2007

Sentyabrın 5-də saat 02.10 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Zaqatala rayon sakini Cəbrayıl Eminov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Ağstafa rayon sakini Niyaməddin Musayevə məxsus «Mersedes» markalı avtomaşına vurmuş, o isə öz növbəsində Sabirabad rayon sakini Nicat Cəfərova məxsus "MAZ" markalı avtomaşına dəymişdir. Nəticədə N.Musayevin sərnişinlərindən, Tovuz rayon sakinləri Qoşqar Rəsulov və Təvəkkül Rüstəmov hadisə yerində ölmüş, 17 nəfər isə xəstəxanaya yerləşdirilmişlər. Onlardan14 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, 3 nəfərin vəziyyətləri isə qənaətbəxşdir. Qaradağ RPİ tərəfindən araşdırmalar aparılır.