Qobustan rayonunun Cəngi kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
04.09.2007Saat 23.30 radələrində Qobustan rayonunun Cəngi kəndinin ərazisində Bakı şəhər sakini Teymur İsmayılov "Neksia" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə T.İsmayılovun sərnişini, arvadı Təranə hadisə yerində ölmüş, xəsarət almış T.İsmayılov və digər sərnişini, Bakı şəhər sakinləri Sürayyə Həsənova, Kamran Qurbanov və Zərifə Qurbanova xəstəxanaya yerləşdirilmişlər. Qobustan RPŞ tərəfindən araşdırmalar aparılır.