DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yardımlı rayonunun Yardımlı qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi

02.09.2007

Saat 12.00 radələrində Yardımlı rayonunun Yardımlı qəsəbəsinin ərazisində, rayon sakinləri Əli Zabitovun idarə etdiyi "UAZ" markalı və Seyran Mustafayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış S.Mustafayev və sərnişini, anası Zivər xəstəxanaya yerləşdirilmişlər. Zivər orada ölmüşdür. Yardımlı RPŞ tərəfindən araşdırmalar aparılır.