DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

02.09.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nərimanov RPİ 16-cı PB əməkdaşları Bakı şəhər sakini İqor Dikonindən 0,229 qram heroin, Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini Elçin Pənahovdan 0,229 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Elşad Səfərovdan 0,198 qram heroin, Xızı rayon sakini Kamran Axundovdan 0,219 qram heroin götürmüşlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bərdə RPŞ əməkdaşları Həsənqaya kəndinin ərazisindən yabanı halda bitmiş, çəkisi 424 kiloqram olan 530 ədəd çətənə kolunu yığaraq məhv etmişlər. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Abbasov 0,218 qram heroini satarkən tutulmuşdur. Ondan əlavə 0,182 qram heroin götürülmüşdür.