Oğurluq etməkdə şübhəli bilinən Şahin Zeynalov tutulmuşdur
01.09.2007Avqustun 28-nə keçən gecə Sabirabad rayonunun Əliləmbəyli kənd sakini Ramil Mirzəyevin evindən açıq qapıdan girmək yolu ilə hərbi bilet, 2 ədəd xalça, geyim və ev əşyaları, həyətindən isə 12 ədəd ev quşu oğurlanmışdır. Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Azadakənd kənd sakini, əvvəllər məhkum olunmuş Şahin Zeynalov tutulmuşdur.