Sumqayıt şəhər sakini Vüsal İbadovun və Xırdalan şəhər sakini Anar Feyzullayevin üzərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılmışdır
01.09.2007Saat 08.00 radələrində Qaradağ rayonundakı "Qurd qapısı" adlanan ərazidə yolun təmirində işləyən Sumqayıt şəhər sakini Vüsal İbadovun və Xırdalan şəhər sakini Anar Feyzullayevin üzərində zorakılıq əlamətləri görünməyən meyitləri (dəm qazından boğulmuş) Azərinşaat Servis Şirkətinə məxsus fəhlələrin geyinib-soyunma otağında tapılmışdır. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.