Fəyyaz Ağaşirinov özünü Xətai rayonundakı 97 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçisi kimi təqdim edərək Qəhrəman Zeynalovdan 4 min dollar pul alaraq tutulmuşdur
30.08.2007Avqustun 25-də Bakı şəhər sakini Fəyyaz Ağaşirinov özünü Xətai rayonundakı 97 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçisi kimi təqdim edərək 3-cü Alatava küçəsi ev 91-də yaşayan Qəhrəman Zeynalovdan, X.Məmmədov küçəsindəki 41 saylı evin zirzəmisinin 50 kvm sahəsinin ona məxsus olmasını bildirərək 4 min dollar pul almış və əlavə 2 min dollar pul tələb etmişdir. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Ağaşirinov Q.Zeynalovdan 2 min dollar pulu alarkən tutulmuşdur.