Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

28.08.2007

Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Rufullah Şəfiyev və Fəzail Atakişiyev 29,98 qram marixuananı satarkən tutulmuşlar. Şəki şəhər sakini Tofiq Kərimov həmyerlisi İlqar Kərimovdan aldığı 0,5 qram heroini könüllü olaraq Şəki ŞRPŞ-yə təhvil vermişdir. İ.Kərimov tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizbəyov RPİ 1-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahhüseyn Atayevdən 0,157 qram heroin, Binəqədi RPİ 4-cü PB əmkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Məcidovdan 0,223 qram heroin, Nizami RPİ 24-cü PB əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Yalçın Məsumdan 1,07 qram tiryək, əvvəllər məhkum olunmuş Fikrət Əmrahovdan isə 0,218 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakinləri Hümbət Ağaməmmədovdan 0,058 qram, əvvəllər məhkum olunmuş Ruslan Pirqurbanidən isə 0,253 qram heroin götürmüşlər. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Şahin Kərimovdan 9,814 qram heroin, BMCMİ və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri məliyyat tədbirləri nəticəsində isə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Kərimovdan 9,585 qram heroin və 1 ədəd bıçaq götürülmüşdür.