DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir
26.08.2007Həyata keзirilmiş əməliyyat tədbirləri nəticəsində Bərdə RPŞ əməkdaşları Saatlı kəndinin ərazisində 5,2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2416 kiloqram olan 3021 ədəd çətənə kolunu yığaraq məhv etmişlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal RPİ 26-cı PB əməkdaşları Bakı şəhər sakini Arzu Hüseynovdan 0,211 qram heroin götürmüşlər. DİN Çevik Polis Alayı və Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Teymur Mədətovdan 0,214 qram heroin götürülmüşdür. Narkotik vasitəni ona satmış Qaraзuxur qəsəbə sakini Rauf Həsənov tutulmuşdur. Ondan 0,192 qram heroin götürülmüşdür.