Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
19.06.2016İyunun 19-da saat 22 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Bəxtiyar Məhərrəmov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, 5 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.