Bakı şəhər sakini N.Əlizadənin 350 manat pulunu quldurluq yolu ilə almış paytaxt sakinləri F.Babayev və M.Vəliyev tutulmuşlar
13.06.2016Baş Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 12-də Bakı şəhər sakini Nizami Əlizadənin 350 manat pulunu quldurluq yolu ilə almış paytaxt sakinləri Fuad Babayev və Murad Vəliyev tutulmuşlar.