DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

24.08.2007

Masallı rayon sakini Etibar Neymətov 0,305 qram heroini könüllü olaraq Masallı RPŞ-yə təhvil vermişdir. Narkotik vasitəni ona satmış İsmayıl Cəfərov tutulmuşdur. Masallı rayonunun Boradigah qəsəbə sakini Zaur Əsədullayev 0,485 qram heroini könüllü olaraq polisə təhvil vermişdir. Narkotik vasitəni ona satmış Masallı rayon sakini Məmməd Quiyev tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini Pərviz Qarayevdən 0,209 qram heroin, BNMİ-nin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları Lənkəran rayon sakini Şahin Bağırovdan 1,955 qram tiryək, Nəsimi RPİ 19-cu PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kərim Hüseynovdan 0,234 qram heroin götürmüşlər.