Masallı şəhər sakini Dinarə Abdullayeva qardaşı Mirzəyə küt alətlə yetirdiyi xəsarət nəticəsində öldürmüşdür
23.08.2007Saat 06.00 radələrində Masallı şəhəri S.Məmmədov küçəsi ev 17-də yaşayan Dinarə Abdullayeva evində, ailə münaqişə zəminində qardaşı Mirzəyə küt alətlə baş və bədən nahiyəsindən xəsarət yetirmişdir. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Mirzə orada ölmüşdür. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində D.Abdullayeva tutulmuşdur. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.