Şamaxı şəhərindəki yeməkxanada insident baş vermişdir
05.06.2016İyunun 4-də saat 19 radələrində “ATV” telekanalının “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki “Şamaxı” yeməkxanasında çəkiliş apararkən oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanovla onların arasında münaqişə baş vermişdir. Bu zaman H.Allahverdiyev və E.Osmanov “ATV” telekanalının əməkdaşlarını döymüş, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırmışlar.
Toplanmış material rayon prokurorluğuna göndərilmişdir.