Avtomaşın qaçırmış Füzuli rayon sakini Yasin Behbudov tutulmuşdur
23.08.2007DİN Baş Mühafizə İdarəsi və Səbail RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 23-də Neftçilər prospektindən Bakı şəhər sakini Səbuhi Abdullayevə məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmış Füzuli rayon sakini Yasin Behbudov tutulmuşdur. Onun həmin gün G.Əliyev küçəsində Bakı şəhər sakini İbrahim Məmmədovu avtomaşınla vurması müəyyən edilmişdir. İ.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.