DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonundakı K.Balakişiyev küçəsindəki yataqxanada İlham Tağıyevin qətlə yetirilmiş meyiti yaşadığı otaqda tapılmışdır

22.08.2007

Saat 08.30 radələrində Nizami rayonundakı K.Balakişiyev küçəsindəki yataqxanada 1961-ci il təvəllüdlü İlham Tağıyevin bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı otaqda tapılmışdır. DİN Baş Cinayət-Axtarış İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Kürdəmir rayonu Xırdapay kənd sakini Qədir məmmədov tutulmuşdur. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.