DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakının Pirallahı qəsəbəsində yol-nəqliyyat hadisəsi

22.08.2007

Saat 20.00 radələrində Bakının Pirallahı qəsəbəsində Bakı şəhər sakini Pərviz Quliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən, Bakı şəhər sakini İslam Ələkbərovun idarə etdiyi "Deu-Neksia" markalı avtomaşına vurmuşdur. Bu zaman İ.Ələkbərov idaretməni itirərək avtomaşını yolun kənarında dayanmış qaldırıcı krana vurmuşdur. Nəticədə İ.Ələkbərov və onun sərnişinləri, arvadı Sevil, oğlu Miribrahim və qızı Könül hadisə yerində ölmüş, xəsarət almış digər qızı Günay xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır. Əzizbəyov RPİ tərəfindən araşdırmalar aparılır.