DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

22.08.2007

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Əliyev 0,95 qram heroini satarkən tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal RPİ 29-cu PB əməkdaşları Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Hafiz Babayevdən 0,223 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları Sabirabad rayon sakini Gülnaz Əmrahovadan 1, 026 qram heroin, 6,37 qram həşiş və 4,12 qram tiryək, Salyan RPŞ əməkdaşları rayon sakinləri Akif Babayevdən 980 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 6 kiloqram 490 qram olan 2 ədəd çətənə kolu, Rəfayel Bayramovdan isə 0,411 qram heroin götürmüşlər.