Giləzi qəsəbə sakini Əbülfəz Aftilov ov tüfəngindən atəş açaraq qardaşı Əhədi başından yaralamışdır
21.08.2007Xızı rayonunun Giləzi qəsəbə sakini Əbülfəz Aftilov ailə münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq qardaşı Əhədi başından yaralamışdır. Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Aftilov tutulmuş, ondan 1 ədəd ov tüfəngi götürülmüşdür.