DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları məhv edilmişdür

21.08.2007

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ələt qəsəbə sakini Ramiz Yasinovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 1 kiloqram 110 qram olan 31 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini Rauf Talıbovdan 10,53 qram tiryək, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini Aftandil Əhmədovdan 0,178 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir İbrahimovdan 0,192 qram heroin, Cəlilabad RPŞ əməkdaşları rayon sakini Yalçın Quliyevdən 1,548 qram heroin götürmüşlər.