DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şamaxı rayon sakinləri Tamerlan Qasımzadə, Firudin Əhmədov və Qubadlı rayon sakini Ramil Ağayevdən odlu silah və narkotik vastə aşkar edilərək götürülmüşdür

20.08.2007

Avqustun 20-də Şamaxı rayon sakini Tamerlan Qasımzadəyə məxsus "Volksvagen-Passat" markalı Az 50 BH 393 nömrəli avtomaşının nömrəsini çıxarıb əvəzinə 10 TS 283 nömrəsini taxarkən Tamerlan, onun həmyerlisi Firudin Əhmədov və Qubadlı rayon sakini Ramil Ağayev saxlanılaraq Səbail RPİ-yə gətirilmişlər. Onların üstünə baxış zamanı T.Qasımzadədən 0,209 qram, R.Ağayevdən 0,204 qram, F.Əhmədovdan 0,212 qram heroin, avtomaşından isə 1 ədəd "TT" markalı tapança 5 ədəd patronu ilə, 1 ədəd qaz tapançası 2 ədəd patronu ilə birlikdə, 1 ədəd bıçaq, 2 ədəd yapışqan və 2 ədəd avtomaşın açarları aşkar edilərək götürülmüşdür.