DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, çətənə kolları məhv edilmişdir

20.08.2007

Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Otmanoba kənd sakini Çimnaz Məmmədovanın 10 sot həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 12 kiloqram 400 qram olan 31 ədəd çətənə kolu, evinə baxış zamanı isə 415 qram marixuana götürülmüşdür. Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Tağıyev 3,43 qram həşişi və 2,14 qram tiryəki satarkən tutulmuşdur. Ondan əlavə 2,177 qram həşiş götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu RPİ əməkdaşları Bakıxanov qəsəbə sakinləri Səadət Əliyevadan 0,240 qram, Könül Teymurovadan 0, 235 qram heroin, Nəsimi RPİ 19-cu PB əməkdaşları Zəngilan rayon sakini Elbrus Həsənovdan 0,221 qram heroin, Şamaxı RPŞ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Ağayevin üstündən 5,8 qram, evinə baxış zamanı isə 222,3 qram marixuana, Neftçala RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Babayevdən 1,5 qram tiryək götürmüşlər.