DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Arif Yaqubovdan odlu silah və ləvazimatları götürülmüşdür

18.08.2007

Xırdalan şəhərindəki "Göyçə" kafesində Bakı şəhər sakini Arif Yaqubov oranın işçilərini təhqir etmiş və tapança ilə onlara hədə-qorxu gəlmişdir. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Yaqubov tutulmuş, ondan 1 ədəd "Makarov" tapançası və 6 ədəd tapança patronu götürülmüşdür. Araşdırmalar aparılır.