DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

25 baş qoyun oğurlamış Ağdam rayon sakini Elvin Ağayevdən odlu silah aşkar edilərək götürülmüşdür

18.08.2007

Kürdəmir, İmişli və Ağdam RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 17-nə keçən gecə Kürdəmir rayonunun Sor-Sor kənd sakini Seyfəddin İmamverdiyevin həyətindən 25 baş qoyun oğurlamış Ağdam rayon sakini Mahmud Ağayevin oğlu - Ağdam rayonundakı qaçqın şəhərciyində məskunlaşmış Elvin tutulmuşdur. Ondan 1 ədəd "Mauzer" tapançası, 17 ədəd tapança patronu və 22 ədəd avtomat patronu götürülmüşdür.