Avaraçılıq və dilənçiliklə məşğul olan 9 nəfər saxlanılaraq
18.08.2007DİN Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi RPİ əməkdaşlarının keçirdikləri profilaktiki-əməliyyat tədbirləri nəticəsində paytaxt küçələrində avaraçılıq və dilənçiliklə məşğul olan 9 nəfər (5 yeniyetmə və 4 azyaşlı) saxlanılaraq Qəbuledici və Bölüşdürücü Məntəqəyə göndərilmişdir. Onların 4 nəfəri isə rayon məhkəməsi tərəfindən 7 gün müddətinə inzibati qaydada həbs edilmişlər.