Sumqayıt şəhərindəki Sahil küçəsində yol-nəqliyyat hadisəsi
17.08.2007Avqustun 16-da Sumqayıt şəhərindəki Sahil küçəsində Təzə Kotej qəsəbə sakini Nadir Şirinov "QAZ-2410" markalı avtomaşını idarə edərkən Köhnə Corat qəsəbə sakini Rəxşəndə Novruzovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Novruzova orada ölmüşdür. Sumqayıt ŞPİ tərəfindən araşdırmalar aparılır.