Ağsu rayonunun Yenilik kəndində yol-nəqliyyat hadisəsi
17.08.2007Saat 17.30 radələrində Ağsu rayonunun Yenilik kəndində İsmayıllı rayon sakini Aqil Bədirov "VAZ-2121" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə A.Bəbirovun sərnişini, atası Mazan hadisə yerində ölmüş, xəsarət almış anası Cəmilə isə xəstəxanaya yerləşdirilmişdir. Ağsu RPŞ tərəfindən araşdırmalar aparılır.