DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Əzizbəyov dairəsindən Sabunçu dairəsinə gedən yolda yol-nəqliyyat hadisəsi

17.08.2007

Saat 22.00 radələrində Əzizbəyov dairəsindən Sabunçu dairəsinə gedən yolda Bakı şəhər sakini Tamilla İbrahimovanın idarə etdiyi "Pejo" markalı, Bakı şəhər sakini Elxan Qasımovun idarə etdiyi "Shevrolet" markalı, Sabunçu qəsəbə sakini Rafiq Alanovun idarə etdiyi "VAZ-21099" markalı avtomaşınlar və Bakı şəhər sakini Gümrah Qasımovun idarə etdiyi "Otoyol" markalı avtobus toqquşmuşlar. Nəticədə T.İbrahimovun sərnişini, Bakı şəhər sakini İranə Manafova hadisə yerində ölmüş, T.İbrahimova və digər sərnişini, Bakı şəhər sakini Zülfiyə Əlizadə, E.Qasımovun sərnişinləri, onun arvadı Mətanət, qızı Cəmilə, oğlu Cəlal, "Otoyol" markalı avtomaşının sərnişinləri, Bakı şəhər sakinləri Yalçın Ağayev, Rəcəb Orucov, Alagbz Allahverdiyeva, onun qızları Samirə və Səbinə xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.