Qusar rayon sakini Samirə Mehdiyeva, Masallı rayon sakini Emil İsmayılov və Lənkəran rayon sakini Emin Cəbrayılov suda boğulmuşlar
17.08.2007Qusar rayonunun Gədəzeyxur kənd sakini, 2005-ci il təvəllüdlü Samirə Mehdiyeva həyətdəki su hovuzuna düşərək boğulmuşdur. İlkin yoxlama prokurorluq tərəfindən aparılır. Masallı rayonunun Miyənkü kəndi ərazisindəki göldə Hişkədərə kənd sakini Emil İsmayılov və Lənkəran rayon sakini Emin Cəbrayılov çimərkən boğulmuşlar. Onların meyitləri sudan çıxarılmışdır.