Nizami rayonu Babək prospektində yol-qəza hadisəsi
09.07.2005Saat 20.10 radələrində, Nizami rayonu Babək prospektində, Köhnə Əhmədli qəsəbə sakini Fuad Babayev «VAZ 2106» markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Züleyxa Quliyevanı və onun qızı Zeynəbi vurmuşdur. Nəticədə Z.Quliyeva və Zeynəb xəsarətlə xəstəxanaya yerləşdirilmiş, Zeynəb orada ölmüşdür.