DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan silah və narkotik vasitələr götürülmüşdür

15.08.2007

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Naximov küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Elçin Vəliyevdən 1 ədəd "Makarov" tipli tapança, 2 ədəd qumbara və 71 ədəd müxtəlif çaplı patron, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Aleksandr Kapnindən 1 ədəd qumbara götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Astara rayon sakini Bəhriyyə Məhəmmədovadan 11, 046 qram heroin, Suraxanı RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yaşar Əliyevdən 0,287 qram heroin, 31-ci PB əməkdaşları Bakı şəhər sakini Ələddin Bağırovdan 0,207 qram heroin, Nizami RPİ 24-cü PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Quliyevdən 0,234 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Ceyhun Şirinovdan 0,198 qram heroin götürmüşlər.