Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 14 cinayət faktı qeydə alınmışdır

08.07.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 14 cinayət faktı qeydə alınmışdır ki, onların da 11-i «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdır. Gün ərzində 10 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yanıq xəsarəti almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 19 nəfər tutulmuşdur.