DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, kultivasiya yolu ilə yetişdirilmiş kənaf kolları yığılaraq məhv edilmişdir
14.08.2007Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Telman Səmədovdan 0,524 qram heroin, Xaçmaz RPŞ əməkdaşları İlxıçı-Məmmədxanlı kənd sakini, əvvəllər məhkum olunmuş Taleh Kərimovdan 6,12 qram marixuana götürmüşlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Kürdəmir RPŞ əməkdaşları Atakişili kənd sakini Nüsrət Şükürovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 35 kiloqram 780 qram olan 115 ədəd kənaf kolunu aşkar edərək götürmüşlər.