Türkan qəsəbə sakini Fəxrəddin Əmirov, İsmayıllı rayon sakini Xəqani Həşəmov və Tərtər rayonunun Seydimli kənd sakini Elgiz Əliyev elektrik cərəyanı vurması nəticəsində ölmüşdür
14.08.2007Türkan qəsəbə sakini Fəxrəddin Əmirov evinə elektrik xətti çəkərkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Araşdırmalar aparılır. Avqustun 13-də İsmayıllı rayon sakini Xəqani Həşəmov Novxanı bağlar sahəsindəki bağ evində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Araşdırmalar aparılır. Tərtər rayonunun Seydimli kənd sakini Elgiz Əliyev həyətində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Araşdırmalar aparılır.