Beyləqan rayonunun İmamverdilər kənd sakini Validə Tağıyevanı qətlə yetirmiş Həsənalı Quliyev könüllü olaraq təslim olmuşdur
04.04.2016Aprelin 4-də Beyləqan rayonunun İmamverdilər kənd Mədəniyyət Klubuna gəlmiş kənd sakini Həsənalı Quliyev orada işləyən həmkəndlisi Validə Tağıyevaya münaqişə zəminində bıçaqla xəsarət yetirmişdir. V.Tağıyeva hadisə yerində ölmüşdür.
H.Quliyev könüllü olaraq Beyləqan RPŞ-yə gəlib təslim olmuşdur.