DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

13.08.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bərdə RPŞ əməkdaşları rayon sakini Elçin Ağaməmmədovdan 6,2 qram marixuana, Mingəçevir ŞPŞ əməkdaşları Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Tağıyevdən 0,2 qram heroin götürmüşlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gədəbəy RPŞ əməkdaşları Yeni Saratovka kəndinin ərazisində 30 sot sahədən yabanı halda bitmiş, çəkisi 1 ton 868 kiloqram olan 4329 ədəd, «Qızıl Qaya» adlanan ərazidə 0,15 hektar sahədən yabanı halda bitmiş çəkisi 315 kiloqram olan 750 ədəd çətənə kollarını yığılaraq məhv etmişlər.