Ucar rayonunun Küçəkənd kəndində yol-nəqliyyat hadisəsi
13.03.2016Martın 13-də saat 10 radələrində Ucar rayonunun Küçəkənd kəndində Sumqayıt şəhər sakini Teymur Rəhimovun idarə etdiyi “İnfiniti” və Göyçay rayon sakini Elnur Rəhimovun idarə etdiyi “ZAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər 2 sürücü və E.Rəhimovun 3 sərnişini, habelə T.Rəhimovun 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.