Yanvarın 18-də Bakı şəhər sakini S.Ağayevə məxsus mobil telefonu oğurlamış Füzuli rayon sakini T.Kəlbalı tutulmuşdur
11.03.2016Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Bakı şəhər sakini Səbuhi Ağayevə məxsus mobil telefonu oğurlamış Füzuli rayon sakini Tural Kəlbalı tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirlərilə onun ötən ilin dekabrından cari ilin yanvarınadək olan müddətdə daha 4 paytaxt sakininin mobil telefonlarını oğurlaması da müəyyən edilmişdir.